Dollar və avro yenə bahalaşdı

fd1d21d030f0abc6b05d0d73d5632b7eBu gün dekabrın 21-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi möhkəmlənib.

Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 22-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 21-i ilə müqayisədə 0,07% və ya 0,0011 manat artaraq 1,5511 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 0,53% və ya 0,0089 manat artaraq 1,6939 manata yüksəlib.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,46% və ya 0,0001 manat ucuzlaşaraq 0,0217 manat olub.