Dollara daha bir zərbə: Rusiya və İran birbaşa hesablaşma sistemi yaradır

Rusiya ilə İran üçüncü ölkələrin sanksiyalarından qorunmaq üçün birbaşa hesablaşmalara əsaslanan ayrıca maliyyə əlaqələri sistemi yaradır.

Yenicag.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

O, milli valyutalarla hesablaşmalar aparmaqla Rusiyanın maliyyə məlumatları ötürmə sistemi ilə İranın telekommunikasiya maliyyə sistemi – SEPAM arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində addımlar atıldığını açıqlayıb. Bu sistem SWIFT beynəlxalq banklararası məlumat ötürmə və ödəniş sisteminə alternativ olaraq yaradılır./Report/