!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dollardan tam imtina etmək mümkündürmü? – İqtisadçılar danışır

!Reklam – Yazi

15356118_834221243387847_212992832_nEkspert Türkiyə və bir sıra digər ölkələrin ABŞ dollarından imtina niyyətlərinin praktik nəticəsinin olmayacağını bildirir.

Yeniçağ.Az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkə əhalisinə ABŞ dollarından imtina etmək çağırışından sonra vətəndaşların əllərindəki dolları lirəyə çevirmələrinin yeni dalğası başlayıb.

Məlumata görə, Türkiyənin bəzi iri birjaları da malik olduqları nəğd valyuta vəsaitlərini lirəyə çevirməkdədirlər. Bundan başqa, R.T.Ərdoğan ABŞ dollarından asılılığın aradan qaldırılması məsələsində bəzi ölkələrin qarşılıqlı hesablaşmaları milli valyutalarda aparmalarının mümkünlüyünü də bəyan edib: “Biz Rusiya, Çin və İran ilə alış-verişimizi yerli pulla həyata keçirmək üçün addımlar atdıq. Sabah axşam baş nazirimiz Rusiyaya gedir. Oralarla ticarətimizi yerli pulla həyata keçirmək üçün addımlar atacağıq. Onlardan nəsə alsaq onların pulu ilə, onlar bizdən alanda bizim pulla alacaqlar. Mərkəz bankına təlimat verdik. Bu oyunlar tutmayacaq. Biz də öz oyunumuzu oynayacağıq”.

Bununla belə, dünyanın mövcud reallığında konkret ölkələrin ABŞ dollarından imtina niyyətlərinin nəzərdə tutulan nəticələrə varması heç də asan görünmür. Qlobal miqyasda hesablaşmaların ABŞ dolları ilə aparılması, dünyanın əsas birjalarında qiymətlərin dollarla ifadə edilməsi, o cümlədən beynəlxalq iqtisadi müqavilələrdə ABŞ dollarına istinad edilməsi vurğulanan təşəbbüslərin baş tutacağını sual altına salır. Məlumatlara görə, hazırda ümumdünya dövriyyəsində 52 trilyon dollar “hərəkət etməkdədir” və bu amilin sıradan çıxarılması hələ ki praktik olaraq mümkün sayılmır. Dolların dünya miqyasında hegemonluğunun təmin edilməsində siyasi faktorların təsirini də nəzərə alsaq, mənzərə xeyli aydınlaşar.

Natiq Cəfərli ile ilgili görsel sonucuMövzunu Yeniçağ.Az-a şərh edən iqtisadçı Natiq Cəfərli bildirib ki, bu gün müəyyən ölkələrin dollardan imtina təşəbbüsünün müsbət nəticələnməsi real deyil:

“Burada ilk olaraq, Türkiyə prezidenti Ərdoğanın dollardan imtina çağırışını dəyərləndirsək, deməliyik ki, onun bu addımı əsasən, daxili bazarın sabitləşdirilməsinə hesablanıb. Onun çağırışından sonra əhalinin əlindəki dolları lirəyə dəyişməsinin nə qədər effektli olacağını birmənalı demək çətindir. Türkiyənin bəzi ölkələrlə, konkret, Rusiya ilə hesablaşmalarda dollardan imtina olunmasının praktik nəticəsi görünmür və bunun da obyektiv səbəbləri var. Diqqət yetirin, Türkiyə ilə Rusiya arasında ticarət dövriyyəsi təqribən 24 milyard dollardır. Bunun 18 milyardı Rusiyanın, 6 milyardı isə Türkiyənin payına düşür. Dollardan imtina olunarsa, Türkiyə Rusiyadan aldığı 18 milyard dollarlıq malın dəyərini rus rubluna çevirərək ödəniş etməlidir. Bunun üçünsı Türkiyə Rusiyanın valyuta bazarına çıxıb 18 milyard dollar ekvivalentində rubl almalıdır. Yəni bu əməliyyat üçün yenə də dollar tələb olunur. Eyni zamanda, Rusiya da Türkiyəyə ixrac etdiyi enerji daşıyıcılarının ödənişinin başqa valyuta ilə aparılmasına razı olmaz. Digər tərəfdən, beynəlxalq müqavilələrdə də istifadə olunan valyuta qismində ABŞ dollarının seçilməsi məsələni daha problematik edir. Daha bir məqam bundan ibarətdir ki, istər lirə, istərsə də rublun məzənnəsi çox oynaqdır. Bu amil riskli olduğundan, iş adamlarını milli valyutalarla əməliyyat aparmaqdan çəkindirir.

Məsələn, Rusiya ilə Çin artıq 11 ildir ki, hesablaşmaları milli valyutalarla aparmaq məsələsini müzakirə etsələr də, hələ razılığa gələ bilməyiblər. Səbəb eynidir. Çin Rusiyaya ildə 150-160 milyard dolar həcmində mal ixrac edir, 60-70 milyard dollar həcmində mal idxal edir. Burada da yenə eyni vəziyyət yaranır – milli valyutaların əldə olunması üçün dollar almaq lazım gəlir. O baxımdan, müasir dünyada dollardan imtina hələ ki real görünmür”.

Qadir İbrahimli ile ilgili görsel sonucuİqtisadçı Qadir İbrahimli isə Yeniçağ.Az-a açıqlamasında ABŞ-ın qlobal rəqabətdə dollar amilindən maksimum yararlanmağa çalışacağı qənatəindədir:

“Açıq görünür ki, hazırda böyük dövlətlər arasında dünyanın yenidən bölüşdürülməsi prosesi vüsət alıb. Bu rəqabətdə dollar ABŞ-ın əsas silahlarından biri kimi çıxış edir. Elə bir vəziyyət yaranıb ki, bu rəqabətin mümkün nəticəsini proqnozlaşdlrmaq belə çətindir. Yəqin ki, yaxın perspektivdə bu məsələdə də müəyyən aydınlıq yaranacaq”.

 

 

Yeniçağ.Az

www.yenicag.az

750
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv