www.sinerjipro.net

SinerjiProWide
Reklam

Unun qiymətində yenidən artım baş verib. Belə ki, un istehsal edən müəssisələrdə 50 kq-lıq 1 kisə unun qiyməti 24 manatdan 26 manat 15 qəpiyə qaldırılıb. Görəsən, bu artıma səbəb olan amillər hansılardır? Burada monopoliyanın da “rolu” vardırmı?

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov Yenicag.az-a açıqlamasında bildirdi ki, unun qiymətində baş verən son bahalaşma dolların məzənnəsinin daha da möhkəmlənməsilə bağlıdır:

“Azərbaycan özünü təmin edə biləcək qədər buğda istehsal edə bilmir. Buğda ölkəmizə idxal olunur. İdxal olunan buğda da dollarla əldə olunur. Dolların da qiyməti Azərbaycanda qalxır. Manat getdikcə daha da dəyərdən düşür. Keçən il ölkəmizə 1,6 milyon ton buğda gətirilib. Belə vəziyyətdə ölkəyə gətirilən mal və məhsulun manatla qiyməti də qalxır. Bütün bu səbəblərdən də unun qiymətində son zamanlar yenidən bahalaşma baş verib. Təəssüflər olsun ki, belə bir vəziyyətin yaranması hələ son deyil. Hələ bu bahalaşma davam edəcək. Yaranmış vəziyyət çörək və un məmulatlarının da qiymətinə təsir edəcək. Belə vəziyyət istehsal olunan çörəyin qiymətində özünü göstərməsə də, çəkisi yenə də azalacaq. Ölkə əhalisinin təxminən 40 faizi özü çörək bişirməklə məşğuldur. Onların da əldə etdiyi unun qiyməti artırsa, deməli, istehsal edilən çörəyin də təbii olaraq qiyməti qalxır. Bu vəziyyət əhalinin alıcılıq qabiliyyətinin aşağı olması fonunda daha ciddi problemlərin yaranmasına gətirib çıxara bilər. Vəziyyətin belə hal almasına səbəb olan amillərdən biri də ölkədə monopoliyanın olmasıdır. Un idxalı da təəssüf ki, inhisardadır. Görünən odur ki, hökumət heç monopoliya ilə real mübarizə aparmır da. Halbuki, monopoliyanın götürülməsilə digər ölkələrdən daha ucuz un gətirilə bilər”.

ELÇİN

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 47
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."