Mayın 17-də Moskva birjasında keçirilən ticarət zamanı dollar aprelin sonundan bəri ilk dəfə olaraq 81 rublu ötüb.
Yenicag.az Rusiya KİV-ə istinadən xəbər verir ki, dollarla barabər avronun məzənnəsi də artaraq 88 rubla yaxınlaşıb.
Beləliklə, rubl mayın birinci yarısında demək olar ki, bütün artımını itirərək aprel ayının minimumlarına yaxın səviyyələrə enib.