!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Dolların möhkəmlənməsi dünya iqtisadiyyatı üçün yaxşı nəticələr vəd etmir" - RƏY

!Reklam – Yazi

ABŞ-nin Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 75 baza bəndi, yaxud 0.75% artıraraq 2.50%-dən 3,25%-ə yüksəltdikdən sonra dünya birjalarında dollar bahalaşmağa başlayıb. Bu bahalaşma isə əksər ölkələrin milli valyutalarına təsirsiz ötüşmür.

Dolların bahalaşmasının Azərbaycan manatına mümkün təsirləri ilə bağlı iqtisad üzrə elmlər doktoru, professor Elşad Məmmədov öz fikirlərini Yenicag.az-la bölüşüb.

İqtisadçıya görə, dolların bahalaşması tendensiyası digər ölkələrlə yanaşı, ABŞ-nin özünə də ziyan vura bilər:

“FED tərəfindən uçot dərəcəsinin artırılması prosesi davam edəcək. FED Amerika iqtisadiyyatındakı kəskin inflyasiya meyillərinin qarşısını almaq üçün müvafiq tədbirlərin həyata keçirilməsini nümayiş etdirir. Lakin FED-in balansına nəzər salsaq, pul kütləsinin azaldılması ilə bağlı hansısa göstəricilər ortada yoxdur. Bu, faiz dərəcələrinin sərtləşməsini göstərir, pul kütləsinin azalması prosesi baş vermir. Bu isə o deməkdir ki, tələb inflyasiyasının azalması ilə bağlı hansısa dayanıqlı trendlər gözlənilmir. Digər tərəfdən, hazırkı inflyasiya təklif, istehsal zəncirləri, nəqliyyatla logistik daşınmalardakı problemlərlə bağlıdır. Bunu pul kütləsinin tənzimlənməsi ilə idarə etmək mümkün deyil. Ona görə də ABŞ iqtisadiyyatındakı problemlərin dərinləşəcəyi gözlənilir. Dolların müəyyən qədər möhkəmlənməsi baş versə də, bu, dünya iqtisadiyyatı və ABŞ üçün yaxşı nəticələr vəd etmir. Çünki dolların bahalaşması bütövlükdə dünyada baş verən inflyasiyanın bir qədər də artmasına şərait yaradacaq.

Dolların bahalaşmasının Azərbaycan iqtisadiyyatına təsirinə gəlincə, ölkəmizin xarici ticarətində böyük rəqəmlərlə ifadə olunan müsbət saldolar, ölkəyə daxil olan valyutaların həcmi ölkədən çıxan valyutaların həcmindən daha çoxdur. Ona görə də Mərkəzi Bank adekvat pul-kredit siyasəti həyata keçirərsə və məzənnə siyasəti reallaşdırılarsa, bu halda yaxın perspektivdə milli valyutanın dayanıqlığı üçün heç bir təhlükə olmayacaq. Milli valyutamızın möhkəmlənməsi qeyri-neft ixracı üzrə ixracatçılara mənfi təsir etsə də, valyutanın sabitliyi daha önəmlidir. Çünki valyuta bazarındakı qeyri-sabitlik Azərbaycanda investisiya mühitinə və xüsusilə idxalın yüksək səviyyədə olması fonunda bütövlükdə iqtisadiyyata olduqca ciddi mənfi təsir göstərə bilər. Valyuta məzənnəsinin dayanıqlı saxlanması sosial və iqtisadi baxımdan vacibdir”.

Gülşən Şərif

www.yenicag.az

464
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv