Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Dolların neftin qiymətinə TƏSİRİ - "Bu bazarda volatillik davam edəcək" - Vüqar Bayramov

“ABŞ dollarının dünya valyuta bazarında möhkəmlənməsi neftin qiymətinə təsir göstərir”.

Yenicag.az xəbər verir ki, bunu son günlər dünya bazarında Azərbaycan neftinin qiymətinin ucuzlaşmasına təsir edən amilləri dəyərləndirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov deyib.

Deputata görə, neft bazarındakı stabillik Azərbaycanda valyuta daxilolmalarının optimallığı üçün müsbət hal olsa da, bütün hallarda beynəlxalq aləmdə baş verən proseslər neftin qiymətinə təsirsiz ötüşmür:

“OPEC+ Alyansında müşahidə edilən fikir ayrılıqları neftin qiymətinə təsirsiz ötüşmədi. Bu həftəyə 77 dollarla start verən “Brent” markalı neftin bir barelinin qiyməti 73 dollaradək azalıb. Bu, neftin qiymətində son üç gündə 5 faizdən çox azalma deməkdir. Digər tərəfdən, ABŞ dollarının dünya valyuta bazarında möhkəmlənməsi də strateji məhsulların, o cümlədən neftin qiymətinə təsir göstərir. Son bir ayda dollar avroya nisbətən 4 faizə yaxın dəyər qazanıb. Möhkəm dollar da neft bazarına təsir etməkdədir. OPEC+ Alyansının gələcək taleyi neftin qiymətinin dəyişməsinə birbaşa təsir edəcək. Doğrudur, qlobal vaksinasiya səviyyəsinin genişlənməsi, yay aylarında inkişaf etmiş ölkələrdə, xüsusən də Birləşmiş Ştatlarda daxili səfərlər səbəbindən benzinə tələbin artması enerji bazarında qiymətlərin xeyirinə işləyən mövsümi faktorlardandır. Lakin bütün hallarda neft bazarında volatilliyin davam edəcəyi şübhəsizdir.

Enerji məhsulları ixrac edən əksər ölkələr və eləcə də Azərbaycan üçün neft bazarındakı stabillik valyuta daxilolmalarının optimallığı baxımdan vacibdir. Əksər neft ölkələri üçün 1 barel neftin qiymətinin 75-80 dollar intervalında stabilləşməsi iqtisadi baxımdan məqbul hesab olunur. Amma neftin qiyməti yalnız iqtisadi deyil, eyni zamanda siyasi faktorlardan asılı olduğundan istənilən zaman bazarda sıçrayışlar istisna edilmir. Neft bazarındakı son volatillik bir daha təsdiq edir ki, enerji resursları ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Prioritet də neft gəlirlərindən asıllığı minimumlaşdırmaqdır”.

Xatırladaq ki, neft hasilatının məhdudlaşdırılması razılaşmasının taleyi ilə bağlı OPEC+ danışıqlarının üçüncü mərhələsi iyulun 5-i Bakı vaxtı ilə 17:00-da başlamalı idi. Görüş vaxtı qeyri-rəsmi məsləhətləşmələrə görə bir saat yarım təxirə salınıb. Daha əvvəl neft tələbindəki artım nəzərə alınmaqla, hasilatın gündə 2 milyon barel artırılacağı, yəni bu ilin sonunadək ayda 400 min barel səviyyəsində müəyyən ediləcəyi proqnozlaşdırılıb.

Gülşən Şərif

www.yenicag.az

259
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100