Dolların sabaha olan məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) martın 1-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Yeniçağ.Az-a verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi 1,7515 səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, bu gün AMB-də Azərbaycan Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Hərracda manatın orta çəkili məzənnəsi 1,7514 səviyyəsində formalaşıb.

 

Yeniçağ.Az