Azərbaycan Mərkəzi Bankı (AMB) martın 10-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən Yeniçağ.Az-a verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi 1,7437 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, bu gün AMB-də Dövlət Neft Fondunun da iştirakı ilə hərracda manatın orta çəkili məzənnəsi 1,7431 səviyyəsində formalaşıb. AMB bu gün üçün USD/AZN məzənnəsini 1,7563 səviyyəsində müəyyən edib. Beləliklə, hərracda manat dollara nisbətən 0,75% bahalaşıb.
Yeniçağ.Az