Dollar sabah bu qiymətə olacaq

dollarAzərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 16-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Yenicag.az-a verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi bu günlə müqayisədə 0,3% artaraq 1,7525 səviyyəsində müəyyən olunub. Xatırladaq ki, bu gün dollar 1,7475 manata bərabər olub.

Qeyd edək ki, bu gün AMB Azərbaycan Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 dollar üçün 1,7475 məzənnəsi ilə başlayıb və 1,7525 məzənnəsi ilə yekunlaşıb.

Yenicag.az