Dolların ucuzlaşması davam edir

DOLLAR 2Bu gün aprelin 24-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi ucuzlaşıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) aprelin 27-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0003 manat və ya 0,03% ucuzlaşaraq 1,0499 manata yüksəlib.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0064 manat və ya 0,56% bahalaşaraq 1,1396 manat olub.