“Azərbaycanda kreditlərin faiz dərəcəsi çox yüksəkdir. Bu da möhtəkirliyə gətirib çıxarır”
Bu fikirləri Yenicag.az-a Azərbaycan Prezidenti İlham Əliyevin problemli kreditlərin həllinə dair imzaladığı fərmanı şərh edən millət vəkili Araz Əlizadə bildirib.
Araz Əlizadənin sözlərinə görə, devalvasiya baş verəndə gərək dollarla olan kreditlər köhnə qiymətlə hesablanardı: “Təsəvvür edin, ət alırsız, üç gün sonra qiyməti qalxır. Qəssab gəlir evinizə ki, ətin qiyməti qalxıb, yeni qiymətlə əlavə ödəniş edin. Bu kreditdir, əmtəədir. Sən bunu 1 manatdan satmısan, sabah gəlib deyə bilmərsən ki, 1.80 manatdan ödə”.
Millət vəkili dollarla kredit götürdüyünü də açıqlayıb:
“Mənim də dollarla kreditim var idi. Maşın almışdım. Nəhayət ki, ödədim. Dolların kursu 1.05 olanda götürmüşdüm. Bilmirəm, mənə kompensasiya düşür, yoxsa yox. Düzü, bununla maraqlanmamışam. Amma 1.70-lə ödəmişəm”.
Emin Səfərov