!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dollarla olan əmanətlər azalıb - RƏSMİ STATİSTİKA

!Reklam – Yazi

Banklarda əhalinin xarici valyutada olan əmanətlərinin cəmi əmanətlərdə xüsusi çəkisi 80%-dən aşağı düşüb.

Yenicag.Az  Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ilin sonuna fiziki şəxslərin banklardakı əmanətləri 7 milyard 448,7 milyon manat təşkil edib. Əmanətlərin 1 milyard 517,2 milyon manatı və ya 20,4%-i milli valyutada, 5 milyard 931,4 milyon manatı və ya 79,6%-i xarici valyutada olub.

Noyabr ayının sonunda fiziki şəxslərin əmanətlərinin 81,2%-i xarici valyuta ilə yerləşdirilmişdi. Ümumiyyətlə, 2016-cı ilin əvvəlki ayları ərzində xarici valyutada yerləşdirilmiş əmanətlər cəmi əmanətlərin 80%-dən çoxunu təşkil edirdi.
Dekabr ayında Noyabr ayı ilə müqayisədə xarici valyuta ilə yerləşdirilmiş əmanətlər 243,9 milyon manat azalaraq 6 milyard 175,3 milyon manatdan 5 milyard 931,4 milyon manata düşüb, milli valyutadakı əmanətlər isə 86,7 milyon manat artaraq 1 milyard 430,5 milyon manatdan 1 milyard 517,2 milyon manata qalxıb.

Əmanətlərin 80%-ə yaxını xarici valyutada olduğundan dolların bahalaşması manat ilə ifadədə əmanətlərin artması ilə nəticələnir. Dekabr ayında dolların Manat qarşısında güclənməsinə baxmayaraq əmanətlər manat ilə ifadədə azalıb. Dekabrda fiziki şəxslərin cəmi əmanətləri 7 milyard 605,8 milyon manatdan 7 milyard 448,7 milyon manata geriləyib.

Yenicag.Az

www.yenicag.az

525
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv