Dominikan Respublikasında 5.8 bal gücündə zəlzələ baş verib.
Yenicag.az xəbər verir ki, zəlzələnin episentri Punta-Kana şəhərindən 135 km məsafədə yerləşib.
Zəlzələnin ocağı 94 km dərinlikdə qeydə alınıb.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.