Donald Tramp: “400 hərbçimiz Suriyada qalacaq”

ABŞ Suriyada 400 hərbçi saxlayacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Prezident Donald Tramp bildirib.

“Əsgərlərin 200 müəyyənləşdiriləcək bir nöqtədə, digər 200-ü isə, İsrailə yaxın digər yerdə qalacaq” – deyə Tramp qeyd edib.

Xatırladaq ki, ABŞ bu günə qədər Suriyada 2.2-2.5 min hərbçi yerləşdirib.