Prezident Donald Tramp neftin qiyməti azaldıqca ABŞ qoşunlarını Yaxın Şərqdən çıxarmağın mümkünlüyünü nəzərdən keçirir.
Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti “The Washington Post”a müsahibəsində bildirib.
“Neft artıq ABŞ qoşunlarının Yaxın Şərqdəki varlığında daha kiçik səbəbə çevrilir. Çünki hazırda hər zamankından daha çox neft hasil edirik. Artıq orada qalmağa lüzum yoxdur” – deyə, Tramp qeyd edib.
Onun sözlərinə görə, ABŞ-ın Yaxın Şərqdə qalmasının səbəblərindən biri də tərəfdaşı İsrailin maraqlarını müdafiə etməkdir.
Xatırladaq ki, ABŞ qoşunları 2003-cü ildən İraqda əməliyyatlar aparır, 2014-cü ildən etibarən isə Suriyaya göndərilib.