Donald Tramp Ağ Evdən çıxmaq üçün şərt irəli sürdü – VİDEO

ABŞ-ın fəaliyyətdə olan prezidenti Donald Tramp Ağ Evi tərk etmək üçün yeni şərt irəli sürüb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Tramp yalnız Seçicilər Kollegiyasının Co Baydenin qələbəsini təsdiqləyəcəyi təqdirdə, prezident iqamətgahını tərk edəcəyini açıqlayıb.

Tramp jurnalistlərlə söhbətində məğlubiyyətin xoş olmadığını deyərək, Baydenə səs verənləri tənqid etməkdən də qalmayıb.

O, prezident seçkilərinin Baydenin xeyrinə kütləvi saxtakarlıqla müşayiət olunduğunu bir daha bəyan edib.

Co Bayden ABŞ-da keçirilmiş prezident seçkilərinin qalibi olsa da, seçkilərin rəsmi nəticələri hələ açıqlanmayıb.