Donald Tramp biznesini tərk edir

trampABŞ-in yeni seçilmiş prezidenti Donald Tramp şəxsi biznesini tərk edir.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə öz “Twitter” hesabında məlumat verib.

Tramp biznesindən imtina edəcəyi haqqinda açıqlamada qeyd etdi: “Qanun qarşımda belə bir öhdəlik qoymasa da, ölkəni idarə etmək istiqamətində fikrimi cəmləmək üçün yanvarın 20-dək şirkətlərimi tərk edirəm. Şirkətləri iki oğlum – Don və Erik, eləcə də idarə heyətinin üzvləri idarə edəcək. Mənim prezidentlik müddətim ərzində heç bir yeni saziş bağlamayacaq.”

Daha öncə Tramp bununla bağlı planlarına həsr olunacaq mətbuat konfransının vaxtını yanvar ayına ertələyib. Trampın inaqurasiyası 2017-ci il yanvarın 20-də baş tutacaq.

https://twitter.com/intent/follow?ref_src=twsrc%5Etfw&screen_name=realDonaldTrump

Yenicag.az

COP29