ABŞ Federal Ehtiyat Sisteminin (FED) iyunun 13-14-də keçirəcəyi iclasında uçot dərəcəsini artırması ehtimalının yüksək olmasına baxmayaraq, dolların məzənnəsi əksər valyutalarla müqayisədə ucuzlaşması davam edir.
Yenicag.az “Report”-a istinadən xəbər verir ki, dolların düşməsinə səbəb ABŞ Prezidenti Donald Trampın dolların ucuzlaşmasını dəstəkləməsidir. Bu barədə açıqlama xarici valyutalar üzrə ekspert Duqlas Bortvik (Douglas Borthwick) tərəfindən verilib. O bildirib ki, D.Trampın bu ilin yanvar ayının 1-dən rəsmi olaraq fəaliyyətinə başlamasından indiyədək dollar ucuzlaşır. Buna səbəb isə ABŞ prezidentinin dolların ucuzlaşmasını dəstəkləməklə ABŞ-ın ixrac potensialını artırmasıdır.
Qeyd edək ki, Donald Trampın inauqurasiya günü 101 bənd təşkil edən dollar indeksi hazırda 97-ə bərabərdir. D.Bortvikin sözlərinə görə, Tramp dolların məzənnəsinə və ya indeksinə baxıb narahat olmur. Onun üçün önəmli olan ucuz dolların Amerika malları üçün rəqabət qabiliyyətliliyini artırmasıdır.