Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Donald Tramp “İnterpol” xətti ilə axtarışa verildi

İranın Ali Məhkəməsi Qasım Süleymaninin ölümündə təqsirləndirilən 36 nəfər, o cümlədən ABŞ Prezidenti Donald Trampın “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilməsini istəyib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Tehran şəhər prokuroru Əli Əlqasi bildirib.

Məlumata görə, Q. Süleymaninin ölümündə birbaşa iştirak, əmr vermək və yardım etmək ittihamı ilə cinayət işi başlanılıb və təqsirləndirilən şəxslər “İnterpol”un qırmızı bülleteni ilə axtarışa veriliblər.

Prokurorun sözlərinə görə, siyahıda ABŞ Prezidentinin adı birinci gəlir: “Donlad Tramp başda olmaqla onlar terrorçuluq və qətldə ittiham edilirlər”.

Həmçinin bildirilib ki, D. Trampın prezidentlik müddəti başa çatdıqdan sonra da axtarış davam etdiriləcək.

Loading...

www.yenicag.az

353
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100