ABŞ prezidenti Donald Tramp çox güman ki, tezliklə koronavirus testindən keçəcək.
Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə o özü Ağ Evdə keçirdiyi mətbuat konfransında jurnalistlərə bildirib.
“Ehtimal ki”, – deyə ABŞ rəhbəri müvafiq suala cavabında deyib.
Bu halda ABŞ prezidenti vurğulayıb ki, bu qərar onun sonradan koronavirus diaqnozu qoyulmuş Braziliya məmurları ilə təmasda olması ilə bağlı deyil.
Daha əvvəl Tramp koronavirusla bağlı testdən keçməyə ehtiyac olmadığını deyib. ABŞ prezidenti jurnalistlərə bildirib ki, onda koronavirus əlaməti yoxdur və buna görə də analiz verməyə ehtiyac görmür.