!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Donald Tramp: "Mən heç vaxt deməmişəm ki, ordumuz qısa zamanda Suriyadan çıxarılacaq"

!Reklam – Yazi

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Suriyadakı qoşunlarının bu ölkədən tezliklə çıxarılacağı barədə məlumatı təkzib edib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə prezident Tramp özü bildirib.

“Biz qoşunlarımızı çıxaracağıq. Amma mən bu prosesin tez bir zamanda həyata keçiriləcəyini heç vaxt deməmişəm” – deyə ABŞ prezidenti qeyd edib.

Qeyd edək ki, ötən ilin 19 dekabrında ABŞ rəhbərliyi ordusunun Suriya ərazisindən çıxarılmasının başlandığını bildirib.

Qısa müddət əvvəl isə, ABŞ-ın təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton  prezident Donald Trampın Amerika qoşunlarının Suriyadan tam çıxarılması barədə qərarına baxmayaraq, hərbçilərin bir hissəsinin qeyri-müəyyən müddətə qədər Suriyanın cənubunda qala biləcəyini bildirib.

www.yenicag.az

2761
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv