Donald Trampdan SEÇKİQABAĞI GEDİŞ: Prezident koronavirus əleyhinə vaksin paylayacaq – VİDEO

ABŞ prezidenti Donald Tramp koronavirusa qarşı vaksinin hazır olacağı tarixi açıqlayıb.

Yenicag.az xəbər verir ki, “ABC News” telekanalının efirindən xalqa müraciət edən Donald Tramp kornavirus əleyhinə vaksininin 3-4 həftə ərzində hazır olcağını bildirib.

Tramp vaksinin ABŞ-da bu ilin noyabrında keçiriləcək prezident seçkilərindən əvvəl paylanacağını qeyd edib.

ABŞ müxalifəti isə Trampın bu açıqlamasını seçkiqabağı “xal qazanmaq” cəhdi kimi dəyərləndirib.

Aqil Bəkir