!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Donald Tusk yenidən Avropa İttifaqı Şurasının prezidenti seçildi

!Reklam – Yazi

Donald Tuskun Avropa İttifaqı Şurasının prezidenti vəzifəsində mandatı uzadılıb.

“RİA Novosti” xəbər verir ki, D.Tusk qurumun Brüssel sammitində tələb olunan sayda səs toplaya bilib. O, 2019-cu ilin noyabrınadək bu vəzifəni icra edəcək.

Donald Tusk ilk dəfə bu vəzifənin icrasına 2014-cü ilin 1 dekabrında başlayıb. O, bu vəzifədə belçikalı Herman Van Rompeyi əvəzləyib. Reqlamentə uyğun olaraq, D.Tuskun səlahiyyət müddəti isə cari ilin may ayının 31-də başa çatacaq.

Bu vəzifəyə digər namizəd olan Yatsek Sariuş-Volksiyə gəlincə isə, o ümumiyyətlə səs toplaya bilməyib.

Yeniçağ.Az

www.yenicag.az

563
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv