“Donbası qorumaq üçün 16 min rusiyalı könüllü toplanıb” – Separatçıların lideri

Ukraynanın Donbas regionundakı separatçı rejimin rəhbəri “rus könüllüləri”nin sayını açıqlayıb. 

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı, Donbas Könüllüləri İttifaqının (DKİ) rəhbəri Aleksandr Boroday DKİ-nin tərkibində 16 min nəfərin toplandığını açıqlayıb.

Boroday qeyd edib ki, o və ətrafı zərurət yaranarsa, Donbasa yollanmağa hazırdır.

Onun sözlərinə görə, DKİ üzvlərinin əksəriyyəti Donbasda daimi yaşayır, bir hissəsi isə daha əvvəldən orada yerləşib.