Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Dondurma qabında həbsxanaya telefon keçirmək istədi - YAXALANDI

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon aparatlarının keçirilməsi cəhdinin qarşısı alınıb.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 120.2.1; 228.4 və 66.3-cü maddələrinə əsasən, təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Zakir Şakir oğlu Yusifliyə tanışı Beyləqan şəhər sakini Emin Vəli oğlu Muradov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan plastik dondurma qabının içərisində xüsusi üsulla gizlədilmiş 3 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

202
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100