Dondurulmuş ərzaq məhsullarının ZƏRƏRİ: “Maddələr mübadiləsinin pozulması, qaraciyər və böyrəkdə…”

“Məhsulların donu açıldıqdan sonra onların təkrar dondurulması sağlamlıq üçün təhlükəlidir”.

Bu fikirləri dondurulmuş ərzaq məhsullarının insan orqanizminə zərəri haqda danışan sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova Yenicag.az-a açıqlamasında deyib.Mütəxəssisin sözlərinə görə, dondurulmuş qidalardan mümkün qədər az istifadə etmək lazımdır.

“Məhsulları qışa saxlamaq və ya uzun müddətdən sonra istifadə etmək üçün dondurulmadan istifadə edirlər. Hər bir məhsulun fərqli saxlama şəraiti və temperatur rejimi var.

Ona görə də, məhsul düzgün dondurulmadıığı halda onun tərkibindəki bakteriyaların çoxalması orqanizmdə maddələr mübadiləsinin pozulmasına, qaraciyər və böyrəkdə xəstəliklərin yaranmasına səbəb ola bilər. Dondurulmuş qidalarda enerji dəyəri təzə məhsullarla müqayisədə xeyli aşağı olur.

Dəniz məhsulları düzgün dondurulduqda, keyfiyyətini uzun müddət itirməsə də, digər ət və ət məhsullarını uzun müddət dondurucuda saxlamaq məsləhətli görülmür. Meyvə-tərəvəzlər isə digər məhsullara nisbətən daha uzun müddət -18 dərəcədə və 24 ay saxlanıla bilər. Bununla belə, məhsulların donu açıldıqdan sonra onların təkrar dondurulması sağlamlıq üçün təhlükəlidir”.

Nuray Məmmədzadə

COP29