!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dönər aparatının üzərində ət yerinə siçanlar - Bakıda ŞOK VİDEO

!Reklam – Yazi

Dönər aparatının üzərində ət yerinə siçanlar var. Aparatın üzərinə çıxan siçanlar ət qırıntılarını yeyir. Daha sonra dönərin hazırlandığı stolun üzərində o yana, bu yana qaçır.

Görüntülər o qədər ürəkbulandırıcıdır ki, şam yeməyinin vaxtı olduğundan həmin kadrların üzərini bağlayaraq təqdim edirik.

Yenicag.az xəbər verir ki, şok yaradan və ürəkbulandırıcı bu kadrlar paytaxtın Nəsimi rayonu, Səməd Vurğun və Puşkin küçələrinin kəsişməsində yerləşən dönərxanlardan birində çəkilib. Bu barədə Xəzər TV xəbər yayıb.

Elə bu görüntülər əsasında biz də sözügedən dönərxanaya getdik. Hansı səbəbdən getdiyimizi biləndən sonra, oranın sahibi və işçilər suallarımızı cavablandırmayaraq qaçdılar.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovun sözlərinə görə, sözügedən dönərxana sanitar-texniki tələblərə cavab vermir. Bu isə bu tipli dönərxanalardan bir sıra qarşısı alınmaz yolxucu xəstəliklərin yayılmasına gətirib çıxara bilər.

Ziyəddin Kazımov əlavə etdi ki, bu kimi müəssisələrdə yoxlamalar vətəndaşlar tərəfindən edilən müraciətlərdən sonra aparıla bilər. Əgər konkret bu müəssisə haqqında müraciət edilərsə, qurum tərəfindən həmin dönərxananın fəaliyyəti yoxlanacaq.

O ki, qaldı belə hallara yol verən şəxslərin cərimələnməsinə, Ziyəddin Kazımov deyir ki, İnzibati Xətalar Məcəlləsinə görə, sahibkarları 100-200 manat məbləğində cərimə gözləyir.

www.yenicag.az

4831
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv