Dönərxanada baş verən partlayışın VİDEOSU

Gəncədə dönərxanada partlayış baş verib.

Hadisə Nizami prospekti 183 D ünvanında yerləşən dönərxanada qeydə alınıb.

Dönər hazırlamaq üçün istifadə olunan qurğuda qaz sızması nəticəsində partlayış baş verib.

ARB-nin verdiyi məlumata əsasən, hadisə nəticədə obyektin işçisi – 36 yaşlı Azər Qarayev yüngül bədən xəsarətləri alıb, müştərilər isə təxliyə olunub.

Əraziyə Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Alovun qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

https://www.youtube.com/watch?v=PBQl_Pe-UYs

Yeniçağ.Az