Donesk Xalq Respublikasının başçısı istefaya göndərildi

66788Denis Puşilin qondarma Donesk Xalq Respublikası parlamentinin sədr vəzifəsində Adrey Purqini əvəz edib.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, vitse-spiker Denis Puşilin bu gün tanınmamış respublikanın partlamentinə sədr vəzifəsini icrasına başlayıb. Bu Andrey Purqinin istefaya getməsindən sonra olub.

Andrey Purqinanın istefası haqqında qərar “Xalq Şurası” iclasında deputatların səslərinin böyük əksəriyyətindən sonra qəbul olunub. Sədr vəzifəsini icra etmək isə Denis Puşilinə tapşırılıb.

Xarici KİV-lərin məlumatına əsasən, Andrey Purqinın vəzifədən kənar edilməsində əsas səbəb, onun apardığı siyasətin “respublikanın” maraqlarına uyğun olmamasıdır.
43 yaşlı Andrey Purqin Doneskdə anadan olub, avtomatika və telemexanika ixsisası üzrə universitet bitirib. Onun tərcümyi halında, uşaqlıqdan tarix və siyasətlə maraqlandığı deyilir. Viktor Yuşenkonun prezidentliyi dövründə Ukrayna rəhbərliyinə qarşı çıxan fəallardan biri olaraq, “inqilabla doğulmuşların İttifaqı” təşkilatına daxil olub. 2014-cü il sentyabrın 5-də Donetsk Xalq Respublikası adından Minsk razılaşmasını imzalayıb.

34 yaşlı Denis Puşilin Doneskin Makeyevka ərazisində doğulub, ixtisasca iqtisadçıdır. Əvvəllər ticarət firmasında işləyib, 2011-ci ildən siyasi fəaliyyətlə məşğul olmağa başlayıb. 2014-cü il aprelin 5-dən “xalq qubernatoru” Pavel Qubaryovun müavini olub, may ayından öz-özünü elan edilmiş respublika parlamentinə başçılıq etsə də, iyulun 18-dən istefa verib.daha sonra noyabrın 3-də yenidən deputat seçililib.

Purqin də, Puşilin də zamanla Ukraynanın Təhlükəsizlik xidməti tərəfindən axtarışa verilib, ABŞ və bir sıra başqa ölkələrin sanksiya siyahılarına daxil olunub.