Rusiyanın Surqut şəhərində bir nəfər “donuz qripi”ndən ölüb.
Yenicag.az xəbər verir ki, reanimasiyaya yerləşdirilən kişi martın 6-da dünyasını dəyişsə də, hadisədən ancaq bu gün xəbər tutulub. Məlumatı “Mash” telegram-telekanalı yayıb.
Xəstənin fevralın 27-dən yerli xəstəxanalardan birinə yerləşdirildiyi məlum olub. Həkimlərin səyinə baxmayaraq, onun vəziyyəti getdikcə pisləşib.
Hadisə ilə bağlı rəsmi məlumat yayılmayıb./qafqazinfo/