Donuz qripindən qorunmağın yolları

dgk-i-donuz-qripi-tehlukesi-ile-elaqedar-guclendirilmis-is-rejimine-kecibXəstəliklərdən daha çox qış aylarında şikayət edirlər. Son vaxtlar isə insanların çoxu donuz qripindən narahat olurlar. Lakin hər kəs öz tədbirini görsə, xəstəliklərdən qoruna bilər.

Yenicag.az aile.lent.az-a istinadən Türkiyənin infeksiyon xəstəliklər üzrə həkim-mütəxəssisi Kənan Keskinin donuz qripindən qorunmaq üçün təkliflərini təqdim edir.

Donuz qripi donuzlarda olan influenza A adlı virusun H1N1 növünün mutasiyaya uğrayaraq, insandan insana keçmə qabiliyyəti qazanması ilə dünyaya yayılıb. İlk olaraq 2009-cu ilin mart ayında Meksika və Amerikada müşahidə edilib, sonra bütün dünyaya yayılıb. Son 50 ilin ən çox yayılan xəstəliyi olub. Həkim bildirir ki, son vaxtlar influenza A/H1N1 mövsümü qrip virusu kimi daha çox yayılıb: “İlk növbədə yaxın təmasdan çəkinmək lazımdır. Xəstəliyin faktoru olan virus soyuq, nəmli şəraitdə uzun müddət canlılığını qoruyub saxlaya bilir. Yüksək hərarət, öskürək, boğaz ağrısı ilə ortaya çıxır. Bu xəstəlik bir çox insanı yatağa salır. Qış aylarında isə virus asanlıqla keçir. Qışda qapalı və sıx mühitdə daha çox vaxt keçirmək, havanın soyuq olması səbəbindən məkanların yaxşı havalandırılmaması və xəstə insanlarla təmas məcburiyyətində qalmaq xəstəlik və yayılma hallarını çoxaldır. Məktəbli uşaqlar və bu kimi ətrafında sıx insanlar olan mühitdə xəstəliyin yayılma faizi yüksək olur. Yaşlı və xroniki xəstəliyi olan insanların qrip olması da risklidir. Xəstəlik xüsusən yaşlılar, ürək, ağciyər, böyrək xəstəlikləri, diabet və xərçəng xəstələrinin vəziyyətini ölüm həddinədək çatdıra bilər”.

K. Keskin donuz qripindən qorunmanın yollarını da açıqlayıb. Bunun ilk yolu donuz qripinə qarşı peyvənd etdirməkdir. Peyvənd təsir edənədək isə aşağıdakı halları tətbiq etmək lazımdır:

 Əllərinizi tez-tez, xüsusən də öskürdükdən və asqırdıqdan sonra sabunla yuyun. Bunun mümkün olmadığı hallarda isə tərkibində dizinfeksiyaedici nəm salfetlərlə silin.

 Görünüşünüzə xələl gətirəcək deyə maska taxmaqdan çəkinməyin. Maska infeksiyanın qarşısını almaq üçün vacib bir üsuldur.

 Öskürən və asqıran zaman ağzınızı, burnunuzu quru salfeklə tutun. Sonra həmin salfeti atın.

 Gün ərzində kifayət qədər (2-2,5 litr) maye qəbul edin. Bol vitamin və mineral tərkibli meyvə, tərəvəz yeyin.

 Olduğunuz məkanın normal istilikdə və kifayət qədər havalandırılmasına fikir verin.

 Xəstəliyin yayılması sərnişin daşıma vasitələri, qapı dəstəyi və telefonlar vasitəsilə daha tez baş verir.

 Öskürən, asqıran zaman və ya xəstələnməsi ehtimal edilən insanlarla əl sıxışdıqdan sonra, əllərinizi ağzınız, gözünüz və ya burnunuza vurmazdan əvvəl sabunla yuyun.

 Xəstə insanlarla yaxın təmasdan çəkinin. Təmasda olmaq məcburiyyətindəsinizsə, maska və ya əlcəkdən istifadə edin.

 Qrip əlamətləri müşahidə edilən kimi həkimə müraciət edin.

 İş yerində xəstə insan varsa, sağalanadək evdə qalmasına çalışın. Beləliklə, xəstəliyin iş yerlərində yayılmasının qarşısı alınar.

Əllərin sabunla yuyulması mikroblardan qorunmanın ən təsirli, ucuz və asan yoludur. Sabunlu əllərinizi ən azı yarım dəqiqə ovuşdurun, barmaqlarınızın arasınadək sabun getsin və sonra yaxşıca yuyun.