!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Dopinq qalmaqalı böyüyür: Rusiya Tokio-2020-dən kənarlaşdırıla bilər

!Reklam – Yazi

Rusiya komandasının Tokioda gələn il keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakı sual altındadır.

Yenicag.az xəbər verir ki, bu barədə “Telegraph” nəşri məlumat yayıb.

Moskva Antidopinq Laboratoriyası tərəfindən yol verilmiş qanun pozuntuları və WADA mütəxəssislərinə təqdim edilən saxtalaşdırılmış məlumatlar Rusiya komandasının 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarından kənarlaşdırılması ilə nəticələnə bilər.

Ümumdünya Antidopinq Agentliyinin mütəxəssisləri bildiriblər ki, Rusiya tərəfi onlara idmançıların 18 ay ərzində qadağan olunmuş dərman vasitələrindən müntəzəm istifadəsini gizlədən məlumatlar təqdim edib.

Məsələ ilə bağlı yekun qərarın bu gün veriləcəyi bildirilib. Mənbənin məlumatına əsasən, WADA-nın hesabatında Moskvada aparılmış laborator analizlərin nəticələrinin yoxlanılacağı, ehtiyac olarsa, analizlərin təkrar keçiriləcəyi qeyd edilib.

Daha sonra Ümumrusiya Atletika Federasiyası ilə bağlı məsələyə baxılacaq.

Firuzə Alimova

www.yenicag.az

1239
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv