!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Dopinqə görə ümidləri puç olan idmançımız - İntiqam Zairov Olimpiya medalı almadı

!Reklam – Yazi

Xəbər verildiyi kimi, Azərbaycan ağırlıqqaldıranı İntiqam Zairovun 2012-ci il London Yay Olimpiya Oyunlarında gümüş medal ümidləri də boşa çıxıb.

Sonuncu dopinq qalmaqalından sonra idmanla vidalaşan, ağır atletika üzrə milli komandamızın sabiq üzvü İntiqam Zairov olimpiya medalı qazanacağına ümid edirdi.

Belə ki, London Olimpiadasında 94 kq. çəki dərəcəsində 6 ağırlıqqaldıranın cəzalanması həmyerlimizə gümüş medal qazandıra bilərdi. Ancaq Beynəlxalq Olimpiya Komitəsi 94 kq. çəki dərəcəsində çıxış etmiş idmançımızı növbəti dəfə cəzalandırıb. Buna səbəb kimi onun “London-2012”-dəki dopinq-testinin təkrar analizinin də müsbət nəticə verməsi göstərilib. İdmançının dehidroxlormetiltestosterondan (turinabol) yararlandığı üzə çıxıb.

Saytımıza bundan öncəki açıqlamasında London olimpiadasında qanının 100 % təmiz olduğunu deyən İ. Zairov bu dəfə Yeniçağ.az-a belə danışıb:

“Gündə bir oyun çıxarırlar, onları anlaya bilmirəm. Bəli, məndən 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunları, 2013-cü il Avropa çempionatı və 2015-ci il Dünya çempionatında dopinq tapıldığı deyilir. Amma qəribədir ki, bir Olimpiadadan 8 il, o birindən isə 4 il keçib. Dopinq indi üzə çıxır. Vallah bu barədə bilmirəm nə deyim. Bu məsələdə kimisə günahkar saymaq boş şeydir. Nəyisə sübut etmək qeyri-mümkündür. Məni əsas idmanda çəkdiyim əziyyətin hədər getməsi üzür”.

Qeyd edək ki, İntiqam Zairovun 2008-ci il Pekin Yay Olimpiya Oyunlarındakı dopinq-testinin təkrar analizi də müsbət nəticə verib. Eyni zamanda Zairov 2015-ci il dünya çempionatında dopinq-testdən keçə bilmədiyi üçün 8 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb.

“London-2012”də də eyni halla üzləşməsi Zairovun ömürlük ağırlıqqaldırma yarışlarından uzaqlaşdırılacağı anlamına gəlir.

Aygün İlqarqızı

Yeniçağ.Az

www.yenicag.az

1006
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv