Xəbər verdiyimiz kimi, mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.
Yenicag.az xəbər verir ki, Adil Tatarovun Ağstafa rayonun Qıraq Kəsəmən kəndindən olduğu bildirilir. Dörd bacının bir qardaşı olan Adil anadan olduğu kənddə torpağa tapşırılacaq.
Şəhid hərbçimizin fotosunu təqdim edirik: