!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dörd gündə bir dəfə verilən içməli su və həllini tapmayan artezian problemi - VIDEO

!Reklam – Yazi

Şəkinin Çələbixan qəsəbəsində uzun müddətdir içməli su problemi yaşanır. Sakinlərin sözlərinə görə, qəsəbədə cəmi 1 artezian quyusu var. Həmin arteziandan da su 4 gündən bir verilir. Yaranan problemlə bağlı “Xəzər TV”-nin “Xəbər ertəsi” verilişində süjet efirə gedib. Məsələyə aydınlıq gətirən sakinlər problemin səbəbi kimi içməli suyu qəsəbəyə paylayan nasosun təmir edilməməsini göstəriblər: “2018-ci ildən bu nasos stansiyası xarab olub. Buna görə sakinlər uzun müddətdir ki, susuzluqdan əziyyət çəkirlər”.
Sakinlər bildirirlər ki, qəsəbədəki yeganə artezian sistemi təlabatlarını ödəmədiyindən, suyu ətraf kəndlərdən gətirməyə məcbur olurlar: “Biz bura gələndə su motorun təzyiqi olmadan 2-ci mərtəbəyə qalxırdı. İndi isə bizim uzun müddətdir susuzluq problemimiz var. 15 dəqiqə su verilir, həmin vaxtda su götürə bilməsək, çətin vəziyyətə qalırıq”.
Gəncə Dəmiryol Su təchizat İdarəsinin mexaniki Mahir Hüseynov bildirir ki, qəsəbə Şəkidə yerləşsə də, buradakı artezian quyusu onların balansındadır. Su çatışmazlığına gəlincə isə mexanik bunun yaşayış məntəqəsində əhalinin və sənaye müəsisələrinin artmasından qaynaqlandığını deyir: “Biz su təchizatı işini hər zaman vaxtında yerinə yetirmişik. İndi qəsəbədə əhali artıb, əvvəl 21 ailə yaşayırdısa, say çoxalıb 72 olub”.
Məsələ ilə bağlı Azərsu Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı “Xəbər ertəsi”nə bildirdi ki, ərazidəki artezian quyusu əslində Şəki yük stansiyasının balansındadır və Cəmiyyət tərəfindən həmin əraziyə xidmət göstərilmir. Anar Cəbrayıllı həmçinin qeyd etdi ki, qurum sözügedən problemdən məlumatlıdır və həm Çələbixan qəsəbəsinin, həm də ətraf bir neçə kəndin içməli su təchizatının yaxşılaşdırılması üçün hökumətə müraciət olunub.

www.yenicag.az

372
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv