Vətən müharibəsi bitdiyi gündən indiyə qədər 377 nəfər minaların qurbanı olub.
Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Report-a açıqlamasında deyib.
Sədr mina qurbanlarının sayının artdığını bildirib:
“Dinamika aşağı düşsə də, yenə hadisələr baş verir. Müharibə bitdiyi gündən indiyə qədər bu partlayışlar nəticəsində 69 nəfər həlak olub, 377 nəfər minaların qurbanı olub”.