Dörd ölkə Rusiyaya qarşı sanksiyaları uzadıb

Avropa İttifaqının ardınca daha dörd ölkə Ukrayna və Rusiya vətəndaşlarına qarşı fərdi sanksiyalar müddətini 6 ay uzadıblar.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görö, bu haqda İttifaqın diplomatiyasının başçısı Federika Mogerininin bəyanatında deyilir.

Bəyanatda deyilir: “Aİ-yə namizəd ölkələr Çernoqoriya və Albaniya, həmçinin Norveç və Ukrayna Avropa İttifaqı Şurasının qərarına qoşulub. Avropa birliyi bu qərarı nəzərə alır və onu alqışlayır”.

Yeniçağ.Az

COP29