!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dörd ölkədən ortaq Qətər bəyannaməsi

!Reklam – Yazi

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir Qətər əleyhinə ortaq bəyannamə hazırlayıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, dörd ölkənin hazırladığı rəsmi sənəddə Qətərin dəstəklədiyi 59 şəxs və 12 xeyriyyə cəmiyyətini “terrorçu siyahısına” əlavə edib. Məlumatı Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyi (SPA) yayımlayıb. 9 ölkədən 9 şəxs və 12 qurumun daxil edildiyi siyahıda Dünya Müsəlmanlar Birliyinin sədri Yusif Əl-Karadavinin də adı var.

Ortaq açıqlamaya əsasən, bu bəyannamə 4 ölkənin terrorizm və radikalizmlə, eyni zamanda terroru maliyyələşdirən qüvvlərlə mübarizəsinin təzahürüdür. Həmçinin Qətərin bütün xəbərdarlıqlara baxmayaraq 2013-2014-cü ildə Riyadda imzalanmış sazişlərə uymaması iddia edilib. Qətər terrorizmə maliyyə dəstəyi verməkdə günahlandırılıb.

Yenicag.az

www.yenicag.az

857
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv