Dörd yaşlı uşaq zəhərləndi

Ağdaşda zəhərlənmə hadisəsi olub.

Yenicag.az xəbər verir ki, dörd yaşlı Ə.Məmmədov bitkilərin ziyanvericilərinə qarşı olan dərmanı qəbul edib. Nəticədə onun halı pisləşib.

Azyaşlı zəhərlənmə diaqnozu ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.