!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Dördqat dünya çempionu məni öldürmək istəyir”

!Reklam – Yazi

Mercedes komandasının sürücüsü Lyuis Hamilton bildirib ki, Sebastyan Fettel mübarizə apardığı rəqiblər arasında ən çox hörmət etdiyi sürücüdür.

Yeniçağ.az xəbər verir ki, L.Hamilton rəqibi haqqında belə danışıb:

“Düzünü desəm, aramızdakı hörmətin belə davam edəcəyini düşünürəm. Bəlkə də bəzi yarışlarda çox sərt və aqressiv olarıq. Amma biz yetişkən insanlarıq. Təcrübəmiz çoxdur. İndiyə kimi rəqiblərim arasında ən hörmətcili odur. Qalib gələndə həzz alırsınız və rəqibinizi də təbrik edirsiniz. Məğlub olanda da eynisi olur. İkimiz də eyni şeyi edirik. Əla vəziyyətdəyik.

Təbii ki, məni öldürmək və məğlub etmək istəyir. Mənim üçün də eyni şey keçərlidir. Hazırda Fettel formasının zirvəsindədir. Çox sürətlidir və buna görə də onu qabaqlaya bilirəmsə, bu mənim üçün tərifdir. Onun üçün də eyni hal keçərlidir.

Doğrudan da bu formada qalib gələndə həzz alıram. Başqa komandaya qarşı mübarizə aparıb qalib gəlmək gözəl hissdir. Hazırda dördqat Dünya Çempionuna qarşı mübarizə aparıram. O da, Ferrari də son illərdəki ən yaxşı vəziyyətindədirlər. Biz də komanda olaraq ən yaxşı vəziyyətimizdəyik və mən də formamın zirvəsindəyəm. Əsl savaşçı ən yaxşı rəqibə qarşı mübarizə aparmaq istəyər. Çünki o mübarizədən qalib ayrılanda daha çox həzz alırsınız. Buna görə də hazırkı mübarizəni sevirəm.

Fettellə olan mübarizənin mövsüm sonuna qədər davam edəcəyini düşünürəm. Aramızdakı mübarizəyə mexaniki problemin təsir etməsini istəmirəm. Sadəcə trasda təkər-təkərə mübarizə aparmaq istəyirəm. Sürücü üçün çempionluq əsas hədəfdir. Amma mexaniki problemlər yarışlardakı həyəcanın qarşısını alır”.

Xatırladaq ki, Həmilton Çin yarışında cari mövsümdə ilk qələbəsini qazanıb və turnir cədvəlində Fettellə xallarını bərabərləşdirib.

Yeniçağ.az

www.yenicag.az

597
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv