Dördü uşaq olmaqla 5 nəfər kimyəvi məhluldan zəhərləndi

Şəmkirdə kütləvi zəhərlənmə hadisəsi olub.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Dəllər qəsəbəsində keçirilən toy mərasimlərin birində qeydə alınıb.

Mərasimin keçirildiyi binanın ayaqyolunda olan təmizlik üçün nəzərdə tutulan kimyəvi məhlulu uşaqlardan biri oyun oynamaq məqsədi ilə qohumları olan digər 3 uşağa iylədib. Bu zaman özü və digər uşaqlar zəhərlənib. Uşaqlarla yanaşı həmin yerə gələn uşaqlardan birinin valideyni də zəhərlənib.

Onların hamsı xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və qənaətbəxş qiymətləndirilir.

Zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edənlər isə bunlardır:

1.2013-cü il təvəllüdü A.Musayev;

2.2013-cü il təvəllüdü A.Məmmədov;

3. 2014-cü il təvəllüdlü T.Məmmədov;

4. 2011-ci il təvəllüdlü A.Məmmədli;

5.1982-ci il təvəllüdlü T.Məmmədov.

Faktla bağlı araşdırma aparılır./Report/