“Dorian” qasırğası 4-cü dərəcəyə qədər yüksəlib

Atlantik okeanında formalaşan “Dorian” qasırğasının gücü 4-cü dərəcəyə qədər yüksəlib.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ-ın qasırğaların müşahidəsi üzrə Milli Mərkəzindən bildiriblər.

Məlumata əsasən, qasırğanın episentrində küləyin sürəti saatda 185 kilometr təşkil edir.

Bildirilri ki, hazırda “Dorian” Floridada yerləşən Vest-Palm Biçdən min kilometr aralıdadır və təxminən saatda 17 kilometr sürəti ilə hərəkət edir. Mütəxəssislərin sözlərinə görə, qasırğa sentyabrın 2-si yarımadaya çatacaq.