!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dosent Zaur Əliyevin “Beyin axını” yeni kitabı işıq üzü görüb

!Reklam – Yazi

AMEA Elm Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Əliyev Zaur Bilal oğlunun yeni kitabı nəşr edilib. “Beyin axını” və Azərbaycan: elmi-sosioloji təhlil.

Bakı, “Elm və təhsil”, 2016, 112 s.

Kİtabın elmi redaktoru, Məryəm Həsən qızı Seyidbəylidir. AMEA Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru. Elmi məsləhətçisi AMEA Elm Tarixi İnstitutunun elmi işlər üzrə direktor müavini, ilahiyyat üzrə fəlsəfə doktoru Səbinə Ələsgər qızı Nemətzadədir.

Rəyçi Leila Kianidir. İsveç, Stokholm şəhəri, Södermalm icra hakimiyyətinin Sosial təminatı şöbəsində rəis müavini. Redaktoru tele jurnalist Hikmet Hasanovdur. Təqdim edilən kitabda miqrasiya prosesləri ilə bağlı məsələlər çərçivəsində öyrənilməsi vacib anlayışlardan olan “beyin axını” tədqiq edilib. Qədim dövrdən bu günə qədər Azərbaycandan xarici ölkələrə köç edən intellektual miqrasiyanın səbəbləri və dünya təcrübəsinə geniş yer verilən kitab nəzəri və praktik məsələləri özündə əks etdirib. İlk dəfə olaraq xaricdə yaşayan azərbaycanlı ziyalılar arasında mövzuyla bağlı sorğu keçirilib və sosioloji təhlil aparılıb.

Yeniçağ.az

www.yenicag.az

928
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv