DOST agentliyi auditor seçdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi özünün və tabeliyindəki təşkilatların maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Yenicag.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Deloitte & Touche” MMC-dir.

Qalib şirkətə 446 min manat ödəniləcək.