Ruslara “dost olmayan” ölkələrdə seçkilərdə səs verməyə icazə verilməyəcək.
Yenicag.az xəbər verir ki, bu barədə “Vedomosti” mənbələrə istinadən yazıb. “Vedomosti”yə diplomatik dairələrdəki mənbə bildirib ki, hakimiyyət “dost olmayan” ölkələrdə yerləşən Rusiya konsulluqlarında qarşıdan gələn prezident seçkilərində səsverməni ləğv etməyə hazırlaşır.
Ölkələrin əhəmiyyətli bir hissəsindəki Rusiya konsulluqları sadəcə olaraq prezident seçkiləri üçün səsvermə məntəqələri təşkil etməyəcəklər. .
Xaricdə uzaqdan səsvermə də işləməyəcək.
Formal olaraq bu, təhlükəsizlik mülahizələri ilə izah olunur. Ancaq görünən odur ki, hakimiyyət sadəcə olaraq namizədlərdən birinə səslərin yekun faizini korlamaq istəmir.
Siyasi ekspert Oleq Zaxarov xəbərdarlıq edib ki, “dost olmayan” ölkələrdə seçki məntəqələri yaradılmasa, rusların yaşadıqları yer üzrə səs vermək imkanı olmayacaq. O xatırladıb ki, bundan əvvəl Mərkəzi Seçki Komissiyası rusiyalılara uzaqdan elektron səsvermə (DEQ) vasitəsilə internet vasitəsilə seçkilərdə səs verməyi qadağan etmək barədə qərar qəbul edib.
Xuraman Etibarlı