Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Dostlarından Sabir Rüstəmxanlıya doğum günü TƏBRİKləri

Bu gün Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı 73 yaşını qeyd edir.

“Azərbaycan milli-azadlıq hərəkatı elə Sabir müəllimin tərcümeyi-halıdır”.

“O, hər zaman bütün bacarığı ilə Azərbaycan xalqına xidmət etməyə çalışıb”.

“Sabir bəy mürəkkəb siyasi şəraitdə Azərbaycan milli məfkurəsinə hər zaman sadiq qalıb”.

“O, görkəmli dost və milli-azadlıq hərəkatının önündə olmuş insanlardan biri və birincisidir”.

Yenicag.az bu gün 73 yaşı tamam olan Xalq şairi Sabir Rüstəmxanlının yaxın dostlarının ona ünvanladıqları təbrik və arzularını təqdim edir.

Şair Rüstəm Behrudi:

“Sabir bəy mənim həm böyük dostum, həm də böyük ustadımdır. Eyni zamanda, o, Azərbaycanın ictimai-siyasi fikir tarixində sayılıb-seçilən insanların sırasındadır, milli-azadlıq hərəkatının öncüllərindən biridir.

Biz birlikdə mübarizə aparmışıq, 1988-ci il fevralın 18-19-da “Azadlıq” meydanında təşkil olunan ilk mitinqə yüz min tələbə ilə birinci Sabir bəylə mən getmişəm.

Sabir müəllim mənim həyatımda da böyük rol oynayıb. Yəni mənim ilk kitabımı çap edən, məni Bakıda ilk dəfə işə qəbul edən insandır. Deyə bilərəm ki, Azərbaycan milli-azadlıq hərəkatı elə Sabir müəllimin tərcümeyi-halıdır.

Mən hazırda Bakıdan min kilometrlərlə uzaqda olsam da, çox istərdim ki, məhz bu gün vətəndə olum. Sabir müəllim elə mühüm işlər görüb ki, o, bütövlükdə türk millətinin taleyində yaşayacaq adamdır. Başqa cür desəm, o, qarşılıqlı olaraq, türk millətinin taleyini yaşayır və onun taleyində yaşayacaq.

Dost olmaqdan böyük qürur duyduğum Sabir müəllimə bundan sonra da böyük uğurlar arzu edirəm”.

Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı:

“Sabir bəyi təbrik edirəm, ona uzun ömür, cansağlığı arzulayıram. Sabir bəy istər Azərbaycan xalq hərəkatında, istərsə də ondan sonrakı illərdə rolu, yeri olan soydaşlarımızdan biridir.

Sabir bəy həm də müxalifət partiyasının sədri olaraq, uzun müddət Milli Məclisdə təmsil olunub. Təbii ki, Sabir bəy siyasi mövqeyindən asılı olmayaraq, hər zaman vətəndaş ürəyinə sahib olub. O, hər zaman bütün bacarığı ilə Azərbaycan xalqına xidmət etməyə çalışıb.

Əlbəttə ki, Sabir bəy çox gözəl yazıçı-publisist, böyük şair və nüfuzlu ziyalımızdır. Sabir bəyə bundan sonra da yeni-yeni uğurlar diləyirəm”.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev:

“Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Azərbaycan ziyalılarının öndə gələn nümayəndələrindən biridir. Sabir bəy Azərbaycan ictimai fikrinin formalaşmasında, Azərbaycan milli siyasi dünyagörüşünün təşəkkülündə müstəsna xidmətləri olan milli ziyalımız və siyasət adamıdır.

Şəxsi münasibətimiz olan Sabir bəyə hörmət və ehtiramım böyükdür. O, mürəkkəb siyasi şəraitdə Azərbaycan milli məfkurəsinə hər zaman sadiq qalıb. Onun tükənməz istedadı və dəyişməz vətəndaşlıq mövqeyi hər bir azərbaycanlı və ziyalı üçün örnəkdir.

Belə fədakar mövqeyinə görə ona dərin minnətdarlığımı bildirir. Sabir bəyi doğum günü münasibətilə təbrik edirəm, ona uzun ömür diləyir, cansağlığı arzulayıram”.

Millət vəkili, yazıçı Aqil Abbas:

“Sabir Rüstəmxanlı Azərbaycanın xalq şairi olmaqla yanaşı, həm də görkəmli dost və milli-azadlıq hərəkatının önündə olmuş insanlardan biri və birincisidir.

Bizim Sabir bəylə az qala əlli ili haqlayan dostluğumuz var. Onun dostluqda da əvəzi yoxdur.

Sabir bəyin yaradıcılığında poeziya əsas yeri tutsa da, yazdığı nəsr əsərləri onu görkəmli yazıçı kimi də xarakterizə edir. Qısa desəm, Sabir bəy hər bir sahədə əvəzsiz insandır.

Azərbaycan-Türkiyə münasibətlərində, ədəbi-bədii əlaqələrin genişləndirilməsində də Sabir bəyin böyük rolu var. Onu təbrik edirəm, uzun ömür, uğurlar diləyirəm”.

A.Zeynalov

www.yenicag.az

2333