“Azərbaycanda dostluq-qardaşlıq məsələsi olanda sözləşmə imzalamağa utanırıq”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının sədri (KOBSKA) Nigar Ələsgərova deyib.
O qeyd edib ki, investor elə başa düşür ki, yatırım edirsə, müdaxilə edə bilər.
“Mən söylədim ki, onları KOBSKA-ya dəvət edin və sözləşmə imzalansın. İnvestor elə başa düşür ki, yatırım edirsə, müdaxilə edə bilər. Startapçı isə düşünür ki, layihəni özü idarə etməlidir”.
N.Ələsgərova bu barədə maarifləndirmə apardıqlarını bildirib.
“Bu gün ölkəmizdə kifayət qədər yatırım etmək istəyənlər var. Daha çox ənənəvi sahəyə yatırım etmək istəyənlər olsa da, texnoloji sahəyə də yatırım etmək istəyənlər olacaq”, – deyə o qeyd edib.
Rafi Müslümov