Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Dostu Ceyhun Mirzəyevlə bağlı: “Ürəyi partlayıb öldü”

Mərhum aktyor və rejissor Ceyhun Mirzəyevlə bağlı əlaqədar qurumlara müraciət olunub.

Yenicag.az-a bu barədə xalq artisti Əbdül Mahmudbəyov açıqlamasında deyib:

“Ceyhun “Fəryad” filminin çəkilişi zamanı çox sarsıntı keçirdi. Mənə deyirdi ki, dözə bilmirəm, bu kadrlara baxanda əzab çəkirəm. Elə bu filmdən sonra da ürəyi partlayıb öldü. Həqiqətən də onun ürəyi torpaqla, xalqla döyünürdü və əsl vətənpərvər idi. Adama ağır gəlir, o boyda sənətkarın fəxri adı yoxdur. Bununla bağlı Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədovaya müraciət etmişəm. Oturub müzakirə etdik. Bu barədə Mədəniyyət nazirinə də müraciət olunacaq. İnanıram ki, Ceyhun ölümündən sonra fəxri adına qovuşacaq. Ceyhunun Azərbaycan kinosunda xidmətləri çox böyükdür. O uşaqlıq illərindən filmlərimizdə çəkilib və adını mili kinomuzun tarixinə qızıl hərflərlə yazıb. Fəxri ad onun halal haqqıdır”.

Cəvahir

www.yenicag.az

10669