!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Dostu mərhum aktyor barədə: “Dedi Fəxri Xiyabanda dəfn olunmaq istəyirəm, oranın yaxşı havası var”

!Reklam – Yazi

Xalq artisti Eldəniz Zeynalovun xatirə günüdür.

Xalq artisti Əbdül Mahmudbəyli mərhum aktyorla bağlı xatirələrini Yenicag.az-la bölüşüb:

“Eldəniz böyük aktyor idi. Heyif ki, onun potensialını axıracan ortaya qoya bilən nə ssenari oldu, nə də rejissor. Həddən artıq həyatsevər insan idi və hətta ağır xəstəlik dönəmində belə zarafatlarından qalmırdı. Ömrünün son günlərində teatrda təşkil olunan bir tədbirə gəlmişdi. Orada bir məmur da vardı. Məmur onu yanına çağırdı ki, sən ağır xəstəsən, müalicən üçün göstəriş vermişik, niyə bu vəziyyətdə gəzirsən. Hətta məmur ondan soruşdu ki, nə ürəyindən keçir, de yerinə yetirək. Eldəniz dedi ki, I Fəxri Xiyabanda dəfn olunmaq istəyirəm, oranın yaxşı havası var. Sözümün canı budur ki, Eldəniz həddən artıq yumorsevən insan idi. Rəhmətlik şəhər uşağı idi, atdan qorxurdu. “Yeddi oğul istərəm” filmində onu Mirpaşa roluna çəkəcəkdilər, atdan qorxduğu üçün o cür obrazdan imtina etdi. Onun həm komediya, həm də tragediya oynamaq üçün potensialı vardı. Tragikomik aktyor idi. Heyif Eldənizdən, sirroz onu vaxtsız apardı”.

Cəvahir

www.yenicag.az

3620
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv